Azərbaycanın inşaat sektorunda etibarlı tədarükçü olaraq, sizin layihələrinizdə və xüsusilə MEP layihələriniz üçün həm stokdan çeşidləri sürətli, həm də layihələrinizə uyğun sifarişlərinizi təmin edirik.
MƏHSULLARIMIZ
ELEKTRİK MƏHSULLARI
Elektrik məhsullarımız arasında yüksək keyfiyyətli LED lampalar, LED spotlar və küçə projektorları mövcuddur. Təhlükəsizlik üçün etibarlı elektrik avtomatları və uzunömürlü avadanlıqlar təqdim edirik. Eyni zamanda, gündəlik tələbat üçün güclü və səmərəli su motorları da satışdadır.
XIRDAVAT MƏHSULLARI
Xırdavat məhsullarımızda tikinti üçün zəruri alətlər, elektrik və santexnika ləvazimatları mövcuddur. Keyfiyyətli və praktik təmizlik vasitələri də geniş seçimlərimizdə yer alır. Rahat alış üçün hər şey bir məkanda toplanıb. Həmçinin, müştərilərimizə peşəkar məsləhət xidməti də təqdim edirik.
SANTEXNİKA MƏHSULLARI
Santexnika məhsullarımız arasında möhkəm və müasir su kranları, rahat istifadəli unitaz baçokları və keyfiyyətli su boruları mövcuddur. Uzunömürlü materiallar sayəsində həm etibarlılıq, həm də rahatlıq təmin edirik. Ev və iş yerləri üçün hər növ santexnika həllərini təklif edirik


HAQQIMIZDA
Biz Pomarium Group olaraq, Azərbaycanın aparıcı inşaat şirkətlərinin layihələrində etibarlı tədarükçü mövqeyimizi qurmuşuq. Xüsusilə MEP (Mexaniki, Elektrik, Sanitar) sahəsində geniş çeşidli məhsul portfolumuzla layihələrinizin arxasında güclü dayaq oluruq. Həm stokdan sürətli təchizat, həm də layihəyə xüsusi idxal imkanları ilə sizə vaxt və resurs qənaəti təklif edirik. Etibarınız bizim üçün ən dəyərli aktivdir.Bununla yanaşı, şirkətimiz tikinti və təmir işləri üçün hər cür inşaat materiallarının pərakəndə satışını həyata keçirir. Məqsədimiz hər bir müştərinin ehtiyacına uyğun məhsulu sərfəli qiymət və yüksək xidmətlə təqdim etməkdir.

01.
KOMANDAMIZ
Komandamız daim yenilikləri izləyir və ən müasir texnologiyaları layihələrimizdə tətbiq edir. Məqsədimiz isə müştərilərimizin etimadını qazanaraq uzunmüddətli əməkdaşlıq qurmaqdır. Tərübəli və peşəkar komandamız ilə partnyorlarımıza keyfiyyətli xidmət göstərməkdən məmnunuq.
02.
DƏYƏRLƏRİMİZ
Şirkətimizin əsas dəyərləri keyfiyyət və etibara əsaslanır – bütün məhsul və xidmətlərimiz beynəlxalq standartlara uyğun şəkildə təqdim olunur və verdiyimiz hər bir öhdəlik vaxtında yerinə yetirilir. Müştəri məmnuniyyəti isə fəaliyyətimizin mərkəzində dayanır və biz hər zaman etibarlı həll ortağı olmağa çalışırıq.
03.
MİSSİYA VƏ VİZYONUMUZ
Missiyamız müştərilərimizə inşaat sektorunda geniş çeşiddə, yüksək keyfiyyətli məhsulları sərfəli qiymətlərlə təqdim etmək və layihələrinin hər mərhələsində texniki dəstək göstərməkdir. Vizyonumuz isə ölkə iqtisadiyyatının inkişafına töhfə verən, beynəlxalq standartlarda xidmət göstərən aparıcı təchizatçı şirkətə çevrilməkdir.










